Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yaponiyanın futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Neftçi"nin sabiq futbolçusu Keysuke Honda da "11-lik"də yer alıb.
Hazırda Litvanın "Suduva" klubunda oynayan 35 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. O, "ağ-qaralar"ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.
