"Neftçi"nin kapitanı bir qolla iki yubiley qeyd etdi

"Neftçi"nin kapitanı bir qolla iki yubiley qeyd etdi

Azərbaycan Premyer Liqasının XIX turunda “Neftçi”nin futbolçusu Emin Mahmudovun “Sumqayıt”a vurduğu iki qoldan birincisi yubileylə əlamətdar olub.

Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər  verir ki, 17-ci dəqiqədə başla endirilmiş dəqiq zərbə 30 yaşlı yarımmüdafiəçi üçün çempionatda 20-ci qol kimi tarixə düşüb.

Mahmudov Azərbaycan Premyer Liqasında yalnız bir klubda çıxış edib. İkinci dəfə fərqlənməklə qol sayını 21-ə çatdıran təcrübəli oyunçu 109-cu matçını keçirib.

Onun ilk topu həm də “Neftçi” karyerasında 30-cu olub. Kapitan Azərbaycan Kubokunda 2, avrokuboklarda 8 qola sevinib. “Ağ-qaralar”ın heyətində 136-cı dəfə meydana çıxan futbolçu ikinci topla qol sayını 31-ə yüksəldib.

2017-ci ildən “Neftçi”də çıxış edən Mahmudov həm indiki komandasında, həm də Premyer Liqadakı ilk qoluna həmin il noyabrın 19-da imza atıb. O, “Qəbələ” ilə ev matçında (2:3) fərqlənib.

Qeyd edək ki, “Neftçi” "Sumqayıt"la görüşdə qələbə qazanıb - 2:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər