"Neftçi"nin yeni transferlərindən olan Ramon Maçado Azərbaycan Premyer Liqasında ilk qoluna imza atıb.
Fanat.Az xəbər verir ki, ağ-qara formada meydana çıxdığı ikinci matçda qol hesabını açan braziliyalı təəssüratlarını klubun rəsmi saytına bölüşüb:
“Ağ-qara formada meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir. Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam. Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm. Komandamızın imza atdığı 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim. Nəticədə top rəqib futbolçudan İsmayıla qayıtdı ki, o da topu qapıdan keçirdi”.
Qeyd edək ki, "Neftçi" Ramon Maçado ilə sentyabrın 1-də 1 illik müqavilə imzalayıb.
Mirağa