“Neftçi”nin heyətində ciddi itki

“Neftçi”nin heyətində ciddi itki

“Neftçi”nin futbolçusu Sezar Meza Kolli zədələnib. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı zamanı sıradan çıxıb. Onun dizində problem aşkarlanıb. Paraqvaylı oyunçu əməliyyat olunacaq. Buna görə də, Meza Kolli ölkəsinə yola düşüb.

“Neftçi” iyulun 21-də Konfrans Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Aris”lə (Kipr) ilk matçına çıxacaq. Komandalar arasında cavab oyunu iyulun 28-də Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər