Futbol üzrə Qvineya millisi DÇ-2022-nin seçmə mərhələsinin I qrupunda daha bir oyun keçirib.
Fanat.Az xəbər verir ki, komanda doğma meydanında Mərakeş yığmasına 1:4 hesabı ilə məğlub olub.
Meydan sahiblərinin yeganə qolunu oyunun 31-ci dəqiqəsində "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane vurub.
Hazırda Qvineya milli komandası qrupda üç xalla üçüncü yerdədir.
Emin Şəmsiyev