"Neftçi"nin futbolçusu uzun müddətə sıradan çıxdı

"Neftçi"nin futbolçusu uzun müddətə sıradan çıxdı

"Neftçi"nin ötən gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə cavab matçının (2:0, ilk oyun - 1:2) ilk hissəsində zədələnərək əvəzlənən futbolçusu Azər Salahlı müayinədən keçib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.

Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər