"Neftçi"nin futbolçusu Tunis klubu ilə anlaşdı

"Neftçi"nin futbolçusu Tunis klubu ilə anlaşdı

“Neftçi”nin futbolçusu Sabir Buqrin karyerasını Tunisdə davam etdirəcək.

Fanat.Az yerli "news.gnet.tn saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Esperans” klubu ilə razılaşıb. 

Hazırda "Neftçi"nin düşərgəsində olmayan Buqrin tibbi müayinədən keçdikdən sonra “Esperans”la rəsmi müqavilə imzalayacaq.

Mərakeşli yarımmüdafiəçi 2020-ci ilin yayından “Neftçi”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 12 oyuna çıxıb. Onun "ağ-qaralar"la bu ilin yayınadək müqaviləsi var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər