Qvineya millisinin və "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane bu gün Afrika Millətlər Kuboku çərçivəsində ilk oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Kanenin komandası B qrupunda Malavi millisi ilə üzləşəcək.
Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, Qvineya millisinin heyətində "Liverpul"un tanmınmış futbolçusu Nəbi Keyta və "Roma"nın yarımmüdafiəçisi Amadu Diavara da yer alıb. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində rəqiblərindən olmuş "Kayrat"ın hücumçusu Joze Kante də Kanenin komanda yoldaşıdır.
Emin