"Neftçi"nin futbolçusu ölkəsini şəxsi təyyarə ilə tərk etdi - FOTO

"Neftçi"nin futbolçusu ölkəsini şəxsi təyyarə ilə tərk etdi - FOTO

Seçmə oyunlarında iştirak etmək Qvineyaya yola düşən, ancaq baş vermiş hərbi çevrililişlə əlaqədar ölkəsini tərk edə bilməyən Mamadu Kane Bakıya dönür.

Fanat.Az xəbər verir ki, yığmanın legionerləri yerli federasiya tərəfindən şəxsi təyyarə ilə ölkədən çıxarılıb.  "Neftçi"nin futbolçusu ölkəsini şəxsi təyyarə ilə tərk etdi - FOTO

Millinin düşərgəsinə getməmişdən əvvəl "Olimpiakos"la müqavilə imzalayan, ancaq icarə əsasında karyerasını yenə "Neftçi"də davam etdirəcək Kanenin Yunanıstana, yoxsa birbaşa Bakıya gələcəyini dəqiqləşdirmək üçün Bakı klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq: "Kane ilə müntəzəm əlaqə saxlayırıq. O, Qvineyadan Fransaya yollanıb. Ordan isə birbaşa Bakıya uçacaq. Bu gecə ölkəmizdə olmalıdır".

Qeyd edək ki, "Neftçi" premyer liqanın 3-cü turunda "Qarabağ"la qarşılaşacaq. Mərkəzi oyun bazar günü saat 20:30-da "Bakcell Arena"da gerçəkləşəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər