"Neftçi"nin futbolçusu Gürcüstan millisində

"Neftçi"nin futbolçusu Gürcüstan millisində

"Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 23-də evdə Şimali Makedoniya, 26-da isə səfərdə Cəbəllütariq ilə matçlara çağırılıb.

Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 45 oyun keçirib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər