"Neftçi"nin futbolçusu Mamadu Kanenin Qvineyadakı hərbi çevrilişə görə ölkəni tərk etməsi müşkülə çevrilib.
Fanat.Az xəbər verir ki, bugünlərdə "Olimpiakos"la anlaşan, ancaq mövsümün sonuna kimi icarə əsasında "Neftçi"də çıxışını davam etdirəcək 24 yaşlı yarımmüdafiəçi hazırda ölkəsindədir.
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilməli olan Qvineya - Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.
"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq: "Qvineyadakı çevrilişdən sonra Kane ilə əlaqə saxlamışıq. Deyir "oteldəyik və federasiyanın qərarını gözləyirik. Federasiya biletlərimizi alıb bizi yola salmalıdır". Kanenin nə vaxt və necə qayıdacağı ilə hələlik bir söz deyə bilmərik. Məsələ ilə bağlı yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".
Mirağa