"Neftçi"nin futbolçusu: "3-cü və 4-cü qolu vurub, oyunu rahat şəkildə bitirməliydik"

"Neftçi"nin futbolçusu: "3-cü və 4-cü qolu vurub, oyunu rahat şəkildə bitirməliydik"
"Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski "Qəbələ” üzərində qələbəni şərh edib. 
Fanat.Az xəbər verir ki, futbolçu öz oyunundan razı qaldığını bildirib:
"Çox yaxşı oynadıq. Xüsusilə ilk 75 dəqiqə haqda bu sözləri demək olar. Üçüncü və dördüncü qolu vurub, oyunu rahat şəkildə bitirməliydik. Amma alınmadı və rəqib sona 10 dəqiqə qalmış fərqlənə bildi. Buna baxmayaraq, biz kompakt oynayaraq, gücümüzü göstərdik. Öz oyunumdan razıyam. Ümumiyyətlə, komanda yoldaşlarım kimi futbolçularla yaxşı oynamaq asan məsələdir. Biz böyük ailəyik. Bunu oyunlarda da görmək olar”.
Xorvatilyalı futbolçu 3-cü turda "Qarabağ”la keçiriləcək oyuna da toxunub: "Bilirik ki, "Qarabağ”ın həftəiçi Avroliqa matçı var. Bundan yararlanmalıyıq. Rəqib güclü heyətə malikdir. Buna görə də bizim üçün asan olmayacaq”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər