"Neftçi"nin futbolçuları meydana şəhid övladları ilə çıxdılar

"Neftçi"nin futbolçuları meydana şəhid övladları ilə çıxdılar

"Neftçi" klubu Kipr "Aris"inə qarşı UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl anlamlı addım atıb.

Fanat.Az xəbər verir ki, hər iki komandanın üzvləri və 3 hakim meydana Qarabağ müharibəsində canından keçmiş şəhidlərin övladları ilə çıxıb.

“Neftçi”nin yay düşərgəsində iştirak etmiş 25 şəhid övladı qazona ayaq basıb. “Neftçi”nin formasında olan azyaşlıların nömrələri simvolik olaraq “44” olub. Onları biri-birindən fərqləndirən isə kürəklərindəki nömrələrin üstündə şəhid atalarının ad-soyadlarıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər