"Neftçi"nin əvəzediciləri Türkiyəyə gedir

"Neftçi"nin əvəzediciləri Türkiyəyə gedir

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığını davam etdirir.

Fanat.Az xəbər verir ki, avqustun 2-dən “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən I Divizionun son çempionu hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. Əvəzedici komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Sabah-2” ilə heç-heçə edib – 0:0.

Qeyd edək ki, “Neftçi-2” hazırlığın ikinci mərhələsini Türkiyədə keçəcək. Afyonkarahisar şəhərində təşkil olunacaq təlim-məşq toplanışında komandamızın 3 sınaq matçı keçirməsi planlaşdırılır. “Ağ-qaralar”ın avqustun 22-də “İsparta”, üç gün sonra “Halspor”, ayın 29-da isə “Berqama Belediyespor” klubları ilə qarşılaşması nəzərdə tutulub. Hər üç klub Türkiyə çempionatının aşağı liqa təmsilçisidir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər