"Neftçi"nin daha bir məşqçisi "Səbail"də!

"Neftçi"nin daha bir məşqçisi "Səbail"də!

"Neftçi"nin gözlənilmədən U-10 komandasından göndərdiyi baş məşqçi Azər Cabbarovun yeni iş yeri müəyyənləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis "Səbail" Akademiyasına üz tutub. A kateqoriyaya malik olan, ən yaxşı uşaq məşqçilərindən biri hesab edilən Cabbarov Bayıl təmsilçisinin 11 yaşlılardan ibarət komandasını çalışdıracaq. 

"Neftçi"nin daha bir məşqçisi "Səbail"də!

Qeyd edək ki, Azər Cabbarovun baş məşqçisi olduğu "Neftçi"nin U-10 komandası AFFA-nın keçirdiyi uyğun yaş qrupundan ibarət liqada finala adlayıb. Bununla belə, "ağ-qaralar" 42 yaşlı mütəxəssislə yollrını ayırıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər