"Neftçi"nin büdcəsi artırıldı - ÖZƏL

"Neftçi"nin büdcəsi artırıldı - ÖZƏL

"Neftçi" yeni mövsümdən yeni büdcə ilə mübarizə aparacaq.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar"ın sponsoru SOCAR artıq bu barədə klubu da məlumatlandırıb.

İndiki maliyyə ilə Azərbaycan Premyer Liqasında hegemonluq edən "Qarabağ"la ayaqlaşmağın, eləcə də avrokuboklarda uğur qazanmağın çətin olduğunu əsas götürən ARDNŞ belə desək, pul kisəsinin ağzını bir qədər geniş açmağa qərar verib.

Artırılan məbləğə gəlincə, bu, təxminən 3 milyon manat təşkil edəcək ki, həmin pulun əsasən səviyyəli transferlərə xərclənməsi nəzərdə tutulub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər