"Neftçi"nin braziliyalısı vəd verdi

"Neftçi"nin braziliyalısı vəd verdi

"İndi özümü "Neftçi"də qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha hazır hesab edirəm".

Fanat.Az-ın məlumatına görə, bunu "Neftçi"nin braziliyalı futbolçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı hücumçu bildirib ki, azarkeşlər artıq onun timsalında meydanda daha güclü və həlledici oyunçu görəcəklər: "İnanıram ki, onların ümidlərini doğruldacağam".

Təcrübəli forvard 2022-ci ildən ümidli olduğunu söyləyib: "Neftçi"nin hədəflərinə çatması üçün daha çox oynamaq, qol vurmaq və faydalı olmaq istəyirəm".

Qeyd edək ki, Ramon Maçado "Neftçi" ilə 1 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər