"Neftçi"nin bombardiri gedir - ÖZƏL

"Neftçi"nin bombardiri gedir - ÖZƏL

Lorenzo Mezzotero”Neftçi”ni tərk edir.

 

Fanat.Az xəbər verir ki, 10 yaşı olmasına baxmayaraq sərgilədiyi oyun, vurduğu qollarla diqqət mərkəzinə düşən istedadlı italyan dekabrda ABŞ-a köçəcək. Atası Sercio Mezzoteronun çalışdığı şirkət tərəfindən okeanın o tayına göndərilməsi "Neftçi” – Lorenzo əməkdaşlığının da vaxtından əvvəl sona çatmasını şərtləndirib.

Çoxlarının 7-8 ildən sonra Azərbaycan millisinin hücumçu problemini aradan qaldıracaq superistedad saydığı balaca bombardir gələn ildən Texas ştatında – Hyüston şəhərində yaşayacaq. Onun futbolla harda məşğul olacağı dəqiqləşməsə də, atasının üz tutacağı ilk ünvanın MLS klubu "Hyüston Daynamo” olacağı dəqiqdi.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər