"Neftçi"nin baş məşqçisi açıqlanır

"Neftçi"nin baş məşqçisi açıqlanır

"Neftçi"də nəhayət, sular durulur. 

 Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün komandanın yeni baş məşqçisinin adı açıqlana bilər. 

"Ağ-qaralar"ın düşərgəsindən heyətlə bağlı xəbərlər də gözlənilir. Klubun Müşahidə Şurasının üzvlərinin bir araya gələcəyi toplantıda büdcə də təsdiqlənəcək.

Qeyd edək ki, son iclasda baş məşqçi postuna ukraynalı Yuri Vernidub və belaruslu Viktor Qonçarenkonun namizəd olduğu açıqlanmışdı. Bir neçə gün əvvəl isə "Neftçi"nin türkiyəli mütəxəssis Ertuğrul Sağlamla danışıqlara başlaması xəbəri yayılıb.

Mirağa   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər