"Neftçi"nin "Bakcell Arena"ya dönəcəyi tarix açıqlandı

"Neftçi"nin "Bakcell Arena"ya dönəcəyi tarix açıqlandı
"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”nın öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədi.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib.
Bununla belə, "Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. "Ağ-qaralar” sentyabrın 16-da "Keşlə”ni məhz bu stadionda qəbul edəcək.
Qeyd edək ki, II tur çərçivəsində avqustun 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər