“Neftçi”nin Avroliqa üçün hazırlıq proqramı

“Neftçi”nin Avroliqa üçün hazırlıq proqramı
"Neftçi”nin 2018/19 mövsümü üçün yay hazırlıq proqramı müəyyənləşib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda istirahətdə olan komanda iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və baş məşqçi Roberto Bordinin rəhbərliyi altında ilk məşqinə çıxacaq. Bu gündən isə futbolçular tibbi müayinədən keçməyə başlayıb.
"Neftçi” iyunun 22-dək paytaxtda məşqləri davam etdirəcək. Daha sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq hazırlıq prosesində "ağ-qaralar" 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin adları hələlik açıqlanmır. 
Qeyd edək ki, "Neftçi" 2018/19 mövsümündə Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər