"Neftçi"nin akademiyasına əcnəbi gətirilir

"Neftçi"nin akademiyasına əcnəbi gətirilir

"Neftçi" klubunun akademiyasına əcnəbi texniki direktor təyinat alacaq.

Fanat.Az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev "ağ-qaralar"ın rəsmi televiziyasına açıqlamasında bildirib.

Allahverdiyev Müşahidə Şurasının qərarına əsasən, ayın sonunadək təyinatın gerçəkləşəcəyini söyləyib. Klub rəsmisi akademiyanın tikintisinin yeni mövsümün sonunadək başa çatacağını vurğulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər