"Neftçi" "Səbail"ə "partladı": 4 qol, 1 "qırmızı"

"Neftçi" "Səbail"ə "partladı": 4 qol, 1 "qırmızı"

Bu gün Topaz Premyer Liqasında VIII tur yekublaşıb. Fanat.Az xəbər verir ki, turun son oyununda "Neftçi” "Səbail”lə üz-üzə gəlib.
 
İlk dövrədə minimal hesabla uduzduğu rəqibi məğlub etmək Tərlan Əhmədovun komandasının turnir cədvəlində irəliləməsini şərtləndirə bilərdi ki, "ağ-qaralar" bunun öhdəsindən gəlib. İlk qələbəsini ötən tur qazanan  "Neftçi" bu dəfə rəqibini darmadağın edib - 4:0.
Hesabı 17-ci dəqiqədə Iqnasio Herrera açıb. 32-ci dəqiqədə Uqo Barqas fərqlənib. 65-ci dəqiqədə Rəhman Hacıyev fərqi 3 topa çatdırıb. 77-ci dəqiqədə isə Barqas dublunu rəsmiləşdirərək oyunun yekun nəticəsini müəyyənləşdirib. "Neftçi" matçın son dəqiqələrini azlıqda keçirib. Belə ki, Derlis Meza Kolli 84-cü dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, "Səbail" təsəlli qolunu vura bilməyib.
  
Qeyd edək ki, turun digər oyunlarında "Zirə" "Kəpəz"i 3:0, "Qarabağ" "İnter"i 2:0, "Qəbələ" "Sumqayıt"ı 1:0 hesabı ilə yenib.
  
Premyer Liqa
2018/19 mövsümü
II dövrə, VIII tur
15 oktyabr 
Səbail - Neftçi 0:4
Qollar: İqnasio Herrera,17. Uqo Barqas, 32; 77. Rəhman Hacıyev, 65.
Qırmızı vərəqə: Derlis Meza Kolli, 84. 
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 8. Aqşin Muxtaroğlu, 11. Elman Taqayev, 17. Vüqar Nadirov (k), 18. Adrian Popoviçi, 23. Ayron Stati, 26. Kamal Qurbanov, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 99. Maudo Jarjue.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Amit Quluzadə, 6. Murad Ağayev, 10. Nurlan Novruzov, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 20. Elton Yaqublu, 21. Murtuz Abakarov, 69. Renan Telles, 77. Təyyar Məmmədov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev.
Baş məşqçi: Samir Əliyev.
Neftçi: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov, 15. Ruslan Abışov (k), 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 10. Derlis Meza Kolli, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 9. Uqo Barqas, 11. İqnasio Herrera.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 23. Tərzin Cahangirov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 16. Pavel Dreksa, 3. Mateo Mujek, 12. Daniel Seqovia.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Şahin Cəfərov.
"Dalğa Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

7

6

1

0

14:3

19

2

Zirə

8

5

3

0

15:5

18

3

Qəbələ

8

5

1

2

11:8

16

4

Sumqayıt

8

3

1

4

8:11

10

5

İnter

8

2

2

4

7:11

8

6

Neftçi

8

2

1

5

9:9

7

7

Səbail

7

2

0

5

4:12

6

8

Kəpəz

8

1

1

6

5:14

4

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə) - 4.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər