"Neftçi"ni Bakıya bolqarlar yola salacaq

"Neftçi"ni Bakıya bolqarlar yola salacaq

"Neftçi"nin Türkiyənin Antalya bölgəsində keçirəcəyi qış təlim-məşq toplanışında sonuncu rəqibi bəlli olub.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar" qardaş ölkədəki hazırlığı Bolqarıstanın MOİK klubu ilə oyunla tamamlayacaq.

Qarşılaşma yanvarın 24-də Side qəsəbəsində olacaq.

Qeyd edək ki, "Neftçi" yanvarın 10-da Türkiyəyə yollanacaq. Antalyanın Manavqat qəsəbəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq komanda yanvarın 14-də Macarıstanın “Kişvarda”, yanvarın 19-da isə Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər