“Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

“Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim”

“Neftçi”nin yeni futbolçusu Rəşad Sadiqov ictimaiyyətə təqdim olunub. 33 yaşlı futbolçu “Bakcell Arena”da təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Hazırlıq durumunuz nə yerdədir?

- Fərdi şəkildə məşq edirdim. Çəki problemi olmadığına görə daha rahatdır. Yüz faiz də olmasa, 70 faiz hazıram. Futbolçularımızda özünəinam çatmırdı. Baş məşqçi özünəinamı qaytarmaq istəyir. İlk növbədə, bunu düzəltmək lazımdır.

- “Zirə”dən ayrıldıqdan sonra karyeranı bitirəcəyin deyilirdi...

- “Neftçi”dən təklif gəlməsəydi, karyeramı bitirmək istəyirdim.

- “Neftçi”nin uğursuzluğu lider futbolçunun yoxluğu ilə əlaqədar idi. Bu yükü üzərinə götürmək çətin olmayacaq?

- Hər komandada lider futbolçu olmalıdır. Çalışacağam ki, bu yükü üzərimə götürüm. Təkcə oyunumla yox, meydandan kənardakı davranışlarım və komanda yoldaşlarımla danışığımla da liderlik etməyə çalışacağam.

- Yay fasiləsində qısa zamanda formasını geyindiyiniz “Zirə”yə qarşı xüsusi motivasiya ilə oynayacaqsınız?

- Elə bir şey yoxdur. Peşəkar qaydada matça hazırlaşıram. Hər oyunda olduğu kimi, əlimdən gələni etməyə çalışacağam.

- “Zirə” sizi intizamsızlığa görə heyətdən kənarlaşdırdığını açıqladı. Bu barədə nə deyə bilərsiniz?

- “Zirə”dən ayrılmalıydım. “Astra” ilə oyundan sonra özüm də demişdim ki, komandaya qayıtmayacağam. Xarakterimiz tutmurdu. Buna görə də “Zirə”dən getməliydim.

- Maşınınızın saxlanılmasının “Zirə” ilə bağlı olduğu deyildi. Bu doğrudurmu?

- Buna inanmıram. Çünki həmin hadisədən sonra “Zirə”də qalan maaşım, mükafatım var idi. Onu da çağırıb verdilər. Maşınımın saxlanılmasının “Zirə” ilə bağlı olduğunu düşünmürəm.  (Report)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər