Ötən həftə “Neftçi” ilə yollarını ayıran Harramiz Soareş karyersını Portuqaliyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi sabiq klubu “Farense” klubu ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Harramizlə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Neftçi"nin sabiq yarımmüdafiəçisi 2021-ci ilin iyulundan "ağ-qaralar"da çıxış edib. O, paytaxt təmsilçisinin heyətində 11 oyuna çıxıb.
Harramiz 2014-2016-cı illərdə “Farense”də çıxış edib.
Mirağa