“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir

“Neftçi”dən ayrıldı, Premyer Liqa klubuna keçir

Georgi Navalovski “Neftçi” ilə yollarını rəsmən ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

 

Bildirilir ki, gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Navalovskiyə komandadakı xidmətlərinə görə, təşəkkür edib.

 

Qeyd edək ki, bu ilin əvvəlində “Neftçi”yə keçən Georgi Navalovski karyerasını Rusiya klubu "SKA-Xabarovsk"da davam etdirəcək. Klub Rusiya Premyer Liqasına vəsiqə qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər