"Neftçi"dən ayrılan məşqçinin yeni iş yeri bilindi

"Neftçi"dən ayrılan məşqçinin yeni iş yeri bilindi

"Neftçi"nin Futbol Akademiyasında məşqçi dəyişikliyi olub. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun U-19 komandasında baş məşqçi İlyas Qurbanovun köməkçisi olan Elçin Dərgahquliyev "ağ-qaralar"dan ayrılıb.

Artıq 49 yaşlı mütəxəssisin yeni iş yeri də məlumdur. Belə ki, Dərgahquliyev EFA uşaq futbol akademiyasına üz tutub.   

"Neftçi"dən ayrılan məşqçinin yeni iş yeri bilindi

Qeyd edək ki, Elçin Dərgahquliyev məşqçi kimi “Şahdağ” (Qusar), “Neftçi” İK İB, “Neftçi” (U-17, U-19) və “Qaradağ Lökbatan” klublarında çalışıb. O, UEFA-nın “A” kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər