“Neftçi”dən 1:0 hesablı qələbə

“Neftçi”dən 1:0 hesablı qələbə

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, “ağ-qaralar” “Binə” klubu ilə qarşılaşıb.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutan görüş elita təmsilçisinin 1:0 hesablı qələbə ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

 

“Neftçi” bu heyətlə mübarizə aparıb: Rəşad Əzizli, Georgi Navalovski (Məqsəd İsayev), Kirilo Petrov (Rahil Məmmədov), Pavel Dreksa, Məhəmməd Mirzəbəyov (Ömər Buludov), Tərzin Cahangirov (Edson Kastilyo), Ruslan Abışov, İqnasio Errera (Daniel Seqoviya), Rəhman Hacıyev (Namik Ələskərov), Elnur Cəfərov (Fəhmin Muradbəyli), Uqo Barqas (Rəsul Babazadə).

Qeyd edək ki, “Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama görüşünü iyulun 19-da "Şüvəlan”a qarşı keçirəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər