"Neftçi"də yeni təyinatlar: Fıçıcı imtina etdi, başqa türkiyəli gəldi

"Neftçi"də yeni təyinatlar: Fıçıcı imtina etdi, başqa türkiyəli gəldi

"Neftçi"nin Futbol Akademiyasında yeni təyinatlar reallaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub texniki direktor postuna namizədlərdən Halim Fıçıcı ilə ortaq məxrəcə gələ bilməyib. 

Bununla belə, yeni mütəxəssis də türk olacaq. Daha doğrusu, artıq yeni namizəd Bakıdadır. Onun ad-soyadını öyrənə bilməsək də, bir neçə il "Altınordu" Futbol Akademiyasında çalışdığı deyilir. Bundan başqa, yeni mütəxəssis texniki direktor yox, koordinator funksiyasını icra edəcək. 

2022-2023 mövsümündə akademiyanın müxtəlif yaş qrupları üzrə məşqçi təyinatlarını nəzərinizə çatdırırıq:

U-19  Baş məşqçi - İlyas Qurbanov  Köməkçi məşqçi - Elçin Dərgahquliyev 

U-17  Baş məşqçi - Rəşad Hüseynov  Köməkçi məşqçi - Elşən Məmmədov 

U-16 Baş məşqçi - Asif Ramazanov  Köməkçi məşqçi - Samir Zərgərov

U-15  Baş məşqçi - Eldəniz Məmmədov  Köməkçi məşqçi - İsmayıl Məmmədov 

U-14  Baş məşqçi - Emin Mustafayev  Köməkçi məşqçi - Elmir Hüseynoğlu

U-13  Baş məşqçi - Rafail Yusibov  Köməkçi məşqçi - Alim Qurbanov 

U-12  Baş məşqçi - Vaqif Əliyev  Köməkçi məşqçi - Orxan Bəşirov 

U-11  Baş məşqçi - Mahmud Əhmədov  Köməkçi məşqçi - Sabit Əliyev 

U-10  Baş məşqçi - Vasif Əliyev  Köməkçi məşqçi - Xalid Bayramov 

U-9   Baş məşqçi - İslam Kərimov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər