“Neftçi”də yeni idman direktoru - RƏSMİ

“Neftçi”də yeni idman direktoru - RƏSMİ

“Neftçi” klubuna yeni idman direktoru təyin olunub. 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək. 

37 yaşlı Əzizov 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. 

Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. 

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər