"Neftçi"də klubdaxili iclasın vaxtı açıqlandı

"Neftçi"də klubdaxili iclasın vaxtı açıqlandı

“Neftçi”nin Müşahidə Şurasının iclası iyunun 8-nə təyin olunub.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun inzibati binasında təşkil olunacaq toplantının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Hesabatların dinlənilməsi.

2. A komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

3. B komandanın baş məşqçisi postuna namizədlərin müzakirəsi və təsdiqi.

4. Növbəti mövsümün büdcəsi.

5. Digər məsələlər.

Qeyd edək ki, Müşahidə Şurasının iclasının başlanma saatı haqqında daha sonra məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər