"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

Son çempion "Neftçi" Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Fanat.Az "Bakcell Arena"da keçirilən oyunda və oyundan kənarda baş verən maraqlı hadisələri təqdim edir:

* "Neftçi" - "Zirə" matçı başlamazdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılıb. Meydan sahiblərinin təşəbbüsü ilə oyunun başlamasına 15 dəqiqə qalmış "Bakcell Arena"nın tablolarında mərhumun həyat yolundan bəhs edən sujet nümayiş olunub. Bundan əlavə, qarşılaşma 1 dəqiqəlik sükutla start götürüb.

* Görüş "Neftçi"nin qapıçısı Aqil Məmmədov üçün əlamətdar olub. Belə ki, 32 yaşlı əlcək ustası üçün sözügedən qarşılaşma "ağ-qaralar"ın heyətində 100-cü oyunu olub. Matç başlamazdan öncə Məmmədovun mükafatlandırma mərasimi keçirillib. Mükafatı futbolçuya "Neftçi"nin prezidenti Kamran Quliyev təqdim edib. 

* "Forza Neftçi" fan-klubu ənənəsinə sadiq qalaraq matçın 44-cü dəqiqəsində Vətən müharibəsi şəhidlərini əsgər salamı ilə yad etməyi unutmadı.

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

* İlk hissədə hakimin "Neftçi"nin əleyhinə verdiyi qərardan hiddətlənən azarkeşlərdən biri qeyri-etik sözlərdən istifadə etdi. Ancaq ətrafda əyləşən azyaşlı və xanım azarkeşlər tərəfindən tənqid olunan "qəhrəman" xəcalətindən sektoru dərhal tərk etdi. 

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

* İkinci hissədə qapılar dəyişəndə Aqil Məmmədov "Neftçi"azarkeşlərinə daha da yaxın oldu. Fanatlar qapıçıya "Aqil, kuponu yandırma", "Aqil "Qarabağ"dan qol buraxma" kimi çağırışlar edirdi. Azyaşlı azerkeşlər tərəfindən səslənəndə isə Məmmədov onlara tərəf çönərək gülümsəyib salam verdi. Qapıçının bu hərəkəti balaca fanatlara sevinc bəxş etdi. 

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

* Meydanın ot örtüyünə olunan xüsusi qulluq diqqətdən yayınmadı. İlk hissə başa çatan kimi "Bakcell Arena"nın aqronomları ot örtüyündə yaranan qüsurları aradan qaldırıb əvvəlki vəziyyətini bərpa etməyə çalışdılar.

"Neftçi" - "Zirə" matçında duyğusal anlar - OYUNDANKƏNAR

* "Bakcell Arena"da xoşagəlməz hal sanitar qovşaqlarla bağlıdır. Belə ki, xanım azarkeşin tribunada natəmiz sanitar qovşaqdan şikayət etməsi diqqətimizdən yayınmadı. Hər halda növbəti oyunlarda stadiona gələn xanım və azyaşları azarkeşləri nəzərə alıb, gigiyena qaydalarına daha çox riaət olunar.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər