"Neftçi" yeni transferi İvan Brkiçi təqdim edib.
Fanat.Az xəbər verir ki, 27 yaşlı qapıçının təqdimatı paytaxt təmsilçisinin rəsmi televiziyasında gerçəkləşib.
Xorvatiyalı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Brkiçin son klubu Latviya “Riqa”sı olub.
Xatırladaq ki, “Neftçi” Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb. Romen Bask, Fəhmin Muradbəyli, Sabir Buqrin, Harramiz Soareş, Xorxe Korrea ilə isə vidalaşıb.