"Neftçi" klubu yeni futbol məktəbi açıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun nəzdində yaradılan “Neftçi” Futbol Məktəbi ödənişli əsasla fəaliyyət göstərəcək.
Hələlik 6-12 yaşlı uşaqlara xidmət göstərəcək Futbol Məktəbinə "Neftçi"nin əməkdaşı, 2013-cü ildən menecer vəzifəsini daşıyan Nicat Ağayev rəhbərlik edəcək. Məktəbə Vaqif Hidayətov baş məşqçi təyin olunub. Məşq prosesində isə “Neftçi” Futbol Akademiyasının məşqçi, inzibati və tibbi heyəti iştirak edəcək. “Neftçi” klubunun müvafiq infrastrukturu məşq prosesi üçün futbolçuların istifadəsinə veriləcək.
Əldə etdiyimiz bilgiyə görə, aylıq ödəniş 150 manat nəzərdə tutulub.
Mirağa