“Neftçi” xorvat fubolçu transfer etdi - FOTO

“Neftçi” xorvat fubolçu transfer etdi - FOTO

“Neftçi” mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” müdafiə xəttini gücləndiriblər.

 

Belə ki, paytaxt təmsilçisi xorvatiyalı Mateo Mujeklə müqavilə bağlayıb. Razılaşmaya əsasən, 22 yaşlı futbolçu qarşıdakı 2 ili “Neftçi”nin heyətində keçirəcək. Mujekin son klubu Sloveniya "Rudar”ı olub.

 

Qeyd edək ki, “Neftçi” buna qədər Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər