“Neftçi” – “Visla” oyununun başlama saatı açıqlandı

“Neftçi” – “Visla” oyununun başlama saatı açıqlandı

“Neftçi”nin Antalya toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununun başlama saatı açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Polşanın “Visla” (Plotsk) klubu ilə yanvarın 19-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

“Emirhan Sports Complex Side”ın stadionunda oynanılacaq matç “Neftçi” TV vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” Türkiyə keçirdiyi ilk yoxlama görüşündə Macarıstan təmsilçisi “Kişvarda” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər