"Neftçi" "Ufa"nın daha bir futbolçusunu tranfer edir - AÇIQLAMA

"Neftçi" "Ufa"nın daha bir futbolçusunu tranfer edir - AÇIQLAMA

Bu yay heyətini gücləndirməyi planlaşdıran "Neftçi" Rusiyanın Premyer Liqa təmsilçilərindən olan "Ufa"nın daha bir yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, bu, 21 yaşlı Ruslan Fişenkodur.

"Neftçi" "Ufa"nın daha bir futbolçusunu tranfer edir - AÇIQLAMA

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamış Ruslanı qış transfer pəncərəsində də transfer etməyə çalışan baklılar keçidi bu yay reallaşdırmağı hədəfləyir. "Ağ-qaralar" baş məşqçi Samir Abasovun postunda qalıb-qalmayacağına aydınlıq gələndən sonra bu yöndə çalışmalarını davam etdirəcək.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin fikirlərini öyrəndik:

"Ruslanla qışda maraqlanmışıq. İndiki durumda gözləmə mövqeyindəyik. Komandada nə kimi dəyişikliklər olacağına son turdan sonra qərar veriləcək". 

"Neftçi" bu ilin yanvarında "Ufa"nın digər futbolçusunu - Azər Əliyevi transfer edib.

AFFA-nın əsas yığmaya cəlb etmək istədiyi Fişenkonun atası azərbaycanlıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər