Çempionlar Liqasına Sloveniyada hazırlaşan "Neftçi" təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Samir Abasovun baş məşqçi olduğu kollektiv Moskva "Spartak”ı ilə üz-üzə gəlib.
Avstriyanın Fillax şəhərindəki "Sportzentrum Landskron”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayıb. "Neftçi TV" vasitəsilə canlı yayımlanan matçda bakılılar 261 hesablı qələbə qazanıb. Namiq Ələskərovla hesabı açan Azərbaycan çempionu qapısında qol görsə də, yeni transferi Harramiz Suareşlə qələbə qolunu vurub.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də yerli "Olimpiya” komandası ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə "Domjale”yə 1:2 hesabı ilə uduzub.