Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə VI turun oyunu “Səbail” – “Neftçi”, XII turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
1 oktyabr 18:00. “Zirə” – “Sumqayıt” Zirə İdman Kompleksinin stadionu
2 oktyabr 17:00. “Keşlə” – “Sabah” “ASK Arena”
19:15. “Səbail” – “Neftçi” “ASCO Arena”
3 oktyabr 19:00. “Qarabağ” – “Qəbələ” “Azersun Arena”.