"Neftçi" "Sakaryaspor" üzərində qələbəni əldən verdi - YENİLƏNDİ

"Neftçi" "Sakaryaspor" üzərində qələbəni əldən verdi - YENİLƏNDİ

UEFA Konfrans Liqasına və Azərbaycan Premyer Liqasında növbəti mövsümə Türkiyənin Bolu şəhərində hazırlaşan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın təlim-məşq toplanışındakı ilk rəqibi Türkiyə I Liqasında çıxış edən “Sakaryaspor” olub. 

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda rəqibini "The Sign Esentepe Hotel & Ski Cente"in meydançasında qəbul edib. Matç Bakı vaxtı ilə saat 16:45-də start götürüb.

Hesabı bakılılar açıb. Matçın sonlarına yaxın - 82-ci dəqiqədə sakaryalılar tarazlığı bərpa edib.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.

6 iyul

Yoxlama oyunu

"Neftçi" - "Sakaryaspor" 1:1 

Qollar: Qodsvey Donyo, 17 - Serkan Odabaşoğlu, 82.

Bolu. "The Sign Esentepe Hotel & Ski Cente"in meydançası

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər