"Neftçi" Ruslan Abışovu itirdi

"Neftçi" Ruslan Abışovu itirdi
"Neftçi" Ruslan Abışovun xidmətindən məhrum olub. Fanat.Az xəbər verir ki, komandanın kapitanı Azərbaycan Kubokunda cəzalı duruma düşüb.
"Zirə" ilə 1/4 finalın cavab oyununda sarı vərəqə alan Ruslan limiti doldurub. Bu onun kubokda aldığı ikinci sarı vərəqə olduğundan yarımfinalın ilk oyununda iştirak edə bilməyəcək. 
Qeyd edək ki, "Zirə"ni mübarizədən kənarlaşdıran "Neftçi" yarımfinalda "Qəbələ" - "Səbail" cütünün qalibi ilə qarşılaşacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər