"Neftçi" Romada qalib gəldi

"Neftçi" Romada qalib gəldi

“Neftçi” PFK-nın U-17 komandası İtaliyanın paytaxtı Romada təşkil olunan Skopinyo Kubokunda növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Rəşad Hüseynovun baş məşqçisi olduğu komanda “Lodiciani” klubu ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

“Ağ-qaralar”ın yeganə qoluna Murad Məmmədov imza atıb. 

"Neftçi" qrupda 2-ci yeri tutub. 

İtaliyanın “İnter”, “Latsio”, “Napoli”, “Salernitana”, “Ternana”, “Pol Kantalis”, “Napoli Yunayted”, Türkiyənin “Fənərbağça”, Braziliyanın “Fluminense” klublarının da iştirak etdiyi turnirə sentyabrın 2-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər