"Neftçi" "Roma" və "Napoli" ilə eyni turnirdə çıxış edəcək

"Neftçi" "Roma" və "Napoli" ilə eyni turnirdə çıxış edəcək

"Neftçi"nin U-17 komandası İtaliyada beynəlxalq Skopinyo Kubokunda iştirak edəcək.

Fanat.Az xəbər verir ki, ənənəvi yarışa "ağ-qaralar"la yanaşı, Türkiyənin "Fənərbağça", İtaliyanın "İnter", "Roma", "Napoli", "Latsio", "Salernitana", "Ternana", "Lodiciani 1927", "Yunayted Napoli", "Pol Kantalis" və Braziliyanın "Fluminense" klublarının müvafiq yaş qruplarından ibarət komandaları da qatılacaqlar.

Turnirin dəqiq vaxtı avqustun 23-də açıqlanacaq.

"Neftçi"nin U-17 komandası sentyabrın əvvəlində İtaliyaya yola düşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər