“Neftçi” rəqib tapdı

“Neftçi” rəqib tapdı

“Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” “Zirə” ilə üz-üzə gələcək.

 

Baş məşqçi Elxan Abdullayev Avropa Liqası iştirakçısına qarşı yetirmələrini iyulun 21-də sınayacaq. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” "Zirə” ilə oyunadək – iyulun 19-da "Şüvəlan”la sınaq matçına çıxacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər