"Neftçi" Regekampfın rəhbərliyi altında ilk məşqinə çıxdı - FOTO

"Neftçi" Regekampfın rəhbərliyi altında ilk məşqinə çıxdı - FOTO

"Neftçi" 2022/2023 mövsümünə hazırlığı davam etdirir.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" yeni baş məşqçisi Laurentsiu Regekampfın rəhbərliyi altında ilk məşqə çıxıb.

"Neftçi" Regekampfın rəhbərliyi altında ilk məşqinə çıxdı - FOTO

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan hazırlıq prosesindən öncə rumıniyalı mütəxəssis futbolçulara təqdim olunub. Məşq zamanı müxtəlif fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, komandanın tam heyətlə olmadığı məşqdə Regekampfın köməkçiləri Viorel Dinu və Boqdan-Kornel Merişanu da iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər