"Neftçi" qələbəni son dəqiqədə əldən verdi

"Neftçi" qələbəni son dəqiqədə əldən verdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun çıxış etdiyi Polşanın "Visla" (Plotsk) komandası ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə nəticələnib. Oyunda hesabı 55-ci dəqiqədə, ötən yay məhz "Neftçi"dən "Visla"ya keçən Anton Krivotsykun kobud səhvindən sonra Yusif Laval açıb. Polşa təmsilçisi məğlubiyyətdən 90-cı dəqiqədə vurulan qolla xilas olub.

"Neftçi" oyuna bu heyətlə çıxıb: 93. Rza Səfərov, 3. Mamadu Mboc, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 15. Ansoni Frias, 19. Azər Salahlı, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 97. Xəyal Nəcəfov.

Qeyd edək ki, "Neftçi" ilk matçında da Macarıstan "Kişvarda"sı ilə heç-heçə edib - 2:2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər