Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli məlum olub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
7 fevral (bazar ertəsi)
16:00. “Keşlə” – “Zirə” “ASK Arena”
19:00. “Neftçi” – “Qarabağ” “Bakcell Arena”
8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ” “Bank Respublika Arena”
19:15. “Səbail” – “Sumqayıt” “ASCO Arena”