"Neftçi" - "Qarabağ" matçı "El Klasiko"ya görə tez başlayacaq

"Neftçi" - "Qarabağ" matçı "El Klasiko"ya görə tez başlayacaq
Topaz Premyer Liqada IX turun oyunlarının vaxtı müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, oktyabrın 27-də start götürəcək turun ilk oyununda "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Qarşılaşma saat 16.00-da başlayacaq. "Sabah" və "Zirə" arasındakı günün digər oyunu saat 18.00-da start götürəcək. 
Oktyabrın 28-də isə "Səbail" və "Keşlə" komandaları üz-üzə gələcək. Matç saat 15.00-da başlayacaq. 
Turun mərkəzi qarşılaşması hesab edilən "Neftçi" - "Qarabağ" matçı isə saat 17.00-da start götürəcək. Bu görüşün erkən başlaması "El-Klassiko"nun -  "Barselona" - "Real" derbisibin saat 19.15-də "CBC Sport"da canlı yayımlanması ilə bağlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər