"Neftçi" protokol qaydalarını pozduğu üçün cərimələndi

"Neftçi" protokol qaydalarını pozduğu üçün cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi"ni cərimələyib.

Fanat.Az xəbər verir ki, buna "ağ-qaralar"ın "Qəbələ"yə qarşı Azərbaycan Premyer Liqasının ilk turunda protokol qaydalarını pozması səbəb olub.

Paytaxt təmsilçisinin 80 nömrəli futbolçusu İsmayıl Zülfüqarlı sifariş vərəqəsində qeyd olunduğundan fərqli nömrəli formada meydana çıxdığı üçün klub 800 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, "Bakcell Arena"dakı görüş 2:2 hesabı ilə başa çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər